Misirin Süveyş Kanalı boyunca dayanan dörd futbol sahəsi uzunluğu olan EVERGREEN gəmisi artıq üç gündən çoxdur ki, kanaldakı hərəkəti bloklayıb və bu ləngimənin dünya iqtisadiyyatına əhəmiyyətli təsirləri var. Asiya və Avropa arasında olan yüklərin ən əhəmiyyətli hissəsi bu kanal vasitəsi ilə daşınır və indiki ləngimə milyardlarla dollar dəyərindəki yüklərə təsir göstərir. Son məlumatlara görə 300 dən artıq gəmi hal hazırda kanalın açılmağını gözləyir.
Bu günə qədər olan səylərə baxmayaraq hələ ki, gəmini hərəkətə gətirmək mümkün olmayıb. Planet Labs Inc tərəfindən Cümə axşamı çəkilən və Associated Press tərəfindən təhlil edilən peyk şəkillərində gəminin hələ də eyni yerdə qaldığını göstərir. Ekspertlərin fikrinə görə bu proses 2-3 həftə çəkə bilər.
Süveyş Kanalı, Asiyadan Amerikaya qlobal daşımaları asanlaşdıran və daha sürətli edən əsas bir göndərmə yolu olduğundan, böhranın bir çox yük daşımalarını dayandırdığını söyləməyə ehtiyac yoxdur. Hazırda 10 milyard dollardan çox dəyərdə yük və neft məhsullarının tədarükünün təxirə salındığı bildirilir. Bu hadisənin qısa müddətdə neft qiymətlərinidə artıracağı gözlənilir.
Bu hadisələr fonunda, yeni istifadəfə verilmiş Bakı Tbilisi Qars layihəsi bir daha öz əhəmiyyətini göstərir. Hal – hazırda bu marşrut Şimal dəniz yolu (NSR) – dən sonra ən ideal alternativlərdən biridir.
EN
AZ
RU
