Daşıyıcılar (yəni freight forwarders) və logistik şirkətləri bənzər və ya hətta eyni mənada görünsə də, hər ikisi arasında nəzərə alınması lazım olan bəzi fərqlər var.
Logistika Nədir?
“Logistika bir məhsulun və yaxud əmtəənin başlanğıc nöqtədən istehlak nöqtəsinə qədər olan hərəkətinin idarə edilməsi prosesinə deyilir. Logistika anlayışına nəqliyyat, xidmət, anbar, materialların komplektləşdirilməsi-çeşidlənməsi və hərəkət xəttinin təhlükəsizliyi haqqında informasiyalar da daxildir. Logistika şirkətlərinin istifadə etdiyi nəqliyyat vasitərini özlərinə aid olur və onlar tədarük zəncirinin hər bir mərhələsində iştirak edirlər.

Yük daşımaçılığı nədir?
Logistika şirkətlərindən fərqli olaraq, daşıyıcılar lojistik şirkətləri şəbəkəsi ilə tərəfdaş ola bilər, lakin özlərinin heç bir aktivləri yoxdur. Daşıyıcılar bir neçə logistika şirkəti ilə həm ölkə daxilində, həm də beynəlxalq miqyasda tərəfdaşlıq etməyə meyllidirlər, bu da qiymətlərin yoxlanılması imkanlarının birbaşa bir logistika şirkəti ilə işləyərkən əldə edəcəklərinizdən daha yaxşı və hərtərəfli olması deməkdir. Forwarder-lərin müxtəlif sahələr üzrə ayrıca ixtisaslaşmışdır və buna görədə onların müvafiq sahələr üzrə daha çox məlumat və təcrübəsi vardır.
EN
AZ
RU
