Global Logistics Services - Uğurunuz Hədəfimizdir!

Hava daşınmalarına olan tələb artmağa davam edir

Hava daşınmalarına olan tələb artmağa davam edir

Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası olan IATA-nın son reportuna baxdıqda hava nəqliyyatına olan tələbatın Covid-19 dan əvvəlki səviyyələrə qayıtdığını hətta 2019 cu ildə olan göstəriciləri üstlədiyini görmək olar. Daşınan yükün tonu (CTK) ilə ölçülən qlobal tələb 2019-cu ilin fevral ayına nisbətən 9%, 2021-ci ilin yanvarına nisbətən + 1,5% artmışdır.

Bu rəqəmlər onu deməyə əsas verir ki, həcmlər  ABŞ-Çin ticarət müharibəsindən əvvəl görülən 2018 səviyyələrinə qayıdıb. Rəqəmləri daha da dərindən analiz etdikdə görə bilərik ki Latın Amerikadan savayı bütün bölgələrdə hava yüklərinə olan tələbin COVİD öncəki səviyyələrə nisbətən yaxşılaşdığını demək olar.  Şimali Amerika və Afrikada olan artım ən güclü göstəricilərdir.

Avropalı daşıyıcılar isə bu ilin fevral ayında 2019-cu ilin eyni ayına nisbətən tələbdə 4.7% artım olduğunu qeyd edir. Yük tələbinə Avropadakı yeni qapanmalar böyük dərəcədə təsir göstərməyib və istismar şərtləri hava yükləri üçün dəstək olaraq qalır. GLS olaraq biz dünyanın istənilən nöqtəsindən yüklərinizi hava yolu ilə ən qısa vaxt və uyğun şərtlərlə daşınmasını təklif edirik. Əlavə məlumat və sorğularınız üçün bizə müraciət edin.

Kömək
Salam! Sizə necə kömək edə bilərik?