Global Logistics Services - Uğurunuz Hədəfimizdir!

Gömrük Bəyannaməsi Nədir?

Gömrük Bəyannaməsi Nədir?

Gömrük bəyannaməsi – malların müvafiq gömrük proseduru altında yerləşdirilməsi üçün tələb olunan məlumatları əks etdirən, şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının (Nazirlər Kabinetinin) müəyyən etdiyi formada gömrük orqanına təqdim olunan sənəddir.
Malların xassələrinin, mənşəyinin, vəziyyətinin, miqdarının və dəyərinin gömrük bəyannaməsində göstərilən məlumatlara uyğunluğu yoxlanılır.

Bəyanetmə necə həyata keçirilir?
Bəyanetmə nədir – Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən və gömrük nəzarəti altında yerləşdirilən mallar və nəqliyyat vasitələri barəsində məlumatların gömrük orqanına şifahi, kağız üzərində yazılı və ya elektron formalarda bəyan edilməsi;
Gömrük bəyannaməsi məlumatların elektron emalı üsullarından istifadə olunmaqla gömrük orqanlarına təqdim edilir. Bəyanetmə qanunvericilikdə nəzərdə tutulmuş hallarda şifahi, kağız üzərində yazılı və elektron formalarda və ya müvafiq malların gömrük proseduru altında yerləşdirilməsinə şərait yaradan digər üsullarla da həyata kecirilə bilər. Elektron formada təqdim olunan gömrük bəyannaməsində elektron imza və ya bəyannaməçinin eyniləşdirilməsinə imkan verən digər vasitələr olmalıdır. Kağız üzərində yazılı formada təqdim olunan gömrük bəyannamələri bəyannaməçi tərəfindən imzalanmalı, hüquqi şəxs olan bəyannaməçi tərəfindən həmçinin möhürlə təsdiq edilməlidir.

Gömrük bəyannaməsi gömrük orqanına nə vaxt verilir?
Gömrük ərazisinə gətirilən mallara dair gömrük bəyannaməsi həmin mallar gömrük ərazisinə gətirilən yerdəki gömrük orqanına, daxili tranzit xüsusi gömrük proseduru həyata keçirildikdə isə təyinat gömrük orqanına təqdim edildiyi tarixdən 15 (on beş) gündən gec olmayaraq verilməlidir. Gömrük prosedurlarınızın tez və rahat bir şəkildə həyata keçirilməsi üçün office@gls.az mail ünvanına yaza və “Global Logistic Services”-in xidmətlərindən yararlana bilərsiniz.

Kömək
Salam! Sizə necə kömək edə bilərik?