Global Logistics Services - Uğurunuz Hədəfimizdir!

BEYNƏLXALQ HAVA DAŞINMALARI

BEYNƏLXALQ HAVA DAŞINMALARI

ƏSAS PRİNSİP VƏ ÜSTÜNLÜKLƏR

Bu gün hava ilə yüklərin daşınması planetin demək olar ki, hər tərəfinə sürətli bir çatdırılma xidmətidir. Bu nəqliyyat üsulu quru və dəniz nəqliyyatı ilə müqayisədə bir sıra üstünlüklərə malikdir. Hava nəqliyyatı yüksək xərclərə baxmayaraq ən sürətli və etibarlı daşınma vasitəsi hesab edilir. Bundan başqa bəzən təyyarə mümkün olan yeganə çatdırılma vasitəsi olur. Eyni zamanda, bu xidmətin bəzi mənfi cəhətləridə vardır.

Hava Yük Daşımalarının Müsbət Tərəfləri

  1. Sürət: Hava daşınması, adətən malları təyinat nöqtəsinə çatdırmaq üçün ən sürətli yoldur.
  2. Etibarlılıq: Bəzən hava şəraiti və digər səbəblərdən yüklərin daşınması zamanı gecikmələr baş verir. Hava nəqliyyatı demək olar ki, bu amillərdən  ən az təsirlənən vasitədir.
  3. Bazar payını əldə etmək fürsəti: Sıx deadlinelara uyğunlaşma və bazar payını əlində tutmaq istəyən şirkətlər üçün ən ideal daşınma variantıdır.

Niyə hər kəs hava daşınmasını seçmir?

Hava daşınmasının tək bir seçim olmadığını və eyni zamanda, ən bahalı daşınma növü olduğunu unutmaq olmaz. Şirkətlərin müxtəlif strategiyaları var və bu zaman onların nəzərə almalı olduğu müxtəlif amillər var. Bəzi şirkətlərin qiymət siyasətlərində daşınma xərcləri ən əsas amil hesab olunur və bu zaman onlar daha aşağı mailiyyətli daşınma vasitələrini üstün tuturlar.

Digər bir çətinlik, böyük şəhərlər arasındakı uçuşlarda elementar yükləmə növbəsidir. Prioritet yüklər, tez xarab olan yüklər, icazə verilməyən yüklər var. Sadaladığımız mallar uçuş cədvəlini sürətlə dəyişə bilər, bu da çatdırılma müddətinə təsir göstərir. Ancaq bu problemin həlli logistika şöbəsinin çiyinlərinə düşür və şirkətlər buna hazır olmalıdır.

Global Logistics Services olaraq biz hər bir müştərimizə individual yanaşırıq və yüklərin başlanğıc nöqtəsindən təyinat nöqtəsinədək olan marşrutunu daim diqqətdə saxlayırıq. Bu səbəbdən də yüklər təyinat nöqtəsində deadlinelara uyğun və problemsiz şəkildə müştəriyə təhvil verilir.

Kömək
Salam! Sizə necə kömək edə bilərik?