Sərgilər şirkətlərin öz brendlərini beynəlxalq bazarda yerləşdirmək və potensial müştərilərlə görüşmək üçün əsas vasitələrindən biridir. Dünyada baş verən qloballaşma və bunun nəticəsində getdikcə əhəmiyyət kəsb edən beynəlxalq ticarət əlaqələri sərgilərin əhəmiyyətini artırır.
Şirkətlər üçün vaxtaşırı və ya ildə bir dəfə keçirilən sərgilərdə vizual olaraq uğurlu stendlərinin olması çox önəmlidir. Təqdimat üçün lazım olan sərgi mebellərinin, stendlərin, vitrin məhsullarının və digər materialların diqqətli bir şəkildə alınıb sərgiyə daşınması şirkətlər üçün böyük əhəmiyət kəsb edir.
Global Logistic Services şirkəti sərgidə istifadə üçün nəzərdə tutulmuş vasitə və ləvazimatların təhlükəsiz bir şəkildə daşınması və ünvana çatdırılmasını təşkil edir.
GLS komandası daşınmanın hər mərhələsini öhdəsinə götürərək, müştərilərin uğurlu bir sərgi keçirməsinə əlindən gələn köməkliyi göstərməkdədir.Sorğularınızla bağlı office@gls.az mail ünvanına yaza bilərsiniz.
EN
AZ
RU
