Global Logistics Services - Uğurunuz Hədəfimizdir!

Ro-Ro Nəqliyyat nədir?

Ro-Ro Nəqliyyat nədir?

Ro-Ro sözünün mənası nəzərə alındıqda onun Roll on və Roll of sözlərinin abbreviaturalarından əmələ gəldiyi anlaşılır. Ro-Ro daşınması yüklərin gəmilər vasitəsilə bir yerdən digər yerə daşınması deməkdir. Bu yükləri daşıyan gəmilərə Ro-Ro gəmiləri deyilir. Ro-Ro gəmiləri yükü minimum xərclə daşımağa imkan verir.


Ro Ro daşımaları sayəsində böyük nəqliyyat vasitələri dəniz yolu ilə bir bölgədən digərinə asanlıqla daşına bilir. Məsələn, avtomobillər, yük maşınları, evakuatorlar, qatarlar kimi nəqliyyat vasitələri Ro-Ro gəmiləri ilə daşına bilər. “Global Logistics Services” olaraq biz Ro-Ro daşımaları ilə yükləri istədiyiniz nöqtədən təhlükəsiz şəkildə götürüb istədiyiniz nöqtəyə təslim edirik.
Həmçinin Ro-Ro gəmilərinin yüklənməsi və boşaldılması zamanı yükün zədələnməsi və itməsi ehtimalı çox azdır. Məhsullar üst-üstə yüklənmədiyi üçün xarici zədələnmə ehtimalı aradan qalxır.
Ro-Ro Nəqliyyatının üstünlükləri
Bir çox üstünlüklərə malik olan ro-ro daşıma üsulu yüklərin zədələnmədən praktik və sürətli daşınmasına yönəlib. Praktik və sürətli olduğu üçün gəmilər limanlarda çox vaxt itirmir. Bu yolla həm də iqtisadi cəhətdən qənaət etmiş oluruq. Bu, yüklərin limanda çox gözləmədən yenidən yola düşməyinə imkan verdiyi üçün vaxt baxımından da üstünlüklər təmin edir. Sərhəd qapılarında uzun növbələrdə nəqliyyat vasitələrinizi gözləmək əvəzinə, Ro-Ro daşımaları ilə yükünüzü nisbətən daha sürətli və praktiki şəkildə daşıya bilərsiniz.
Siz də yükünüzün tez və rahat bir şəkildə həyata keçirilməsi üçün office@gls.az mail ünvanına yaza və “Global Logistic Services”-in xidmətlərindən yararlana bilərsiniz.

Kömək
Salam! Sizə necə kömək edə bilərik?