MSDS – Material Safety Data Sheet, yəni Maddənin Təhlükəsizlik Məlumatı vərəqidir. Qısaca desək, məhsulun tərkibi haqqında məlumatları özündə əks etdirən sənəddir.
Bu formalarda istehsalçılar, idxalçılar və ya məhsulu paylayan şirkətlər öz müştərilərinə məhsul haqqında tam məlumat verməlidir.
Material Safety Data Sheet (MSDS) kimyəvi materialda olan potensial təhlükələri (sağlamlıq, yanğın, reaktivlik və ətraf mühit) müəyyən edən və bu kimyəvi məhsullarla təhlükəsiz işləməyi göstərən sənəddir. O, həmçinin kimyəvi maddənin təhlükələri, istifadəsi, saxlanması, daşınması prosedurları haqqında məlumatları ehtiva edir. MSDS-lər materialın etiketindən daha çox material haqqında məlumat verir. MSDS-lər təchizatçı və ya istehsalçı tərəfindən hazırlanır.
Maddənin təhlükəsizliyi haqqında məlumatı vərəqi, müəssisələrdə istifadə olunan kimyəvi maddələrin istifadəsi ilə bağlı risklərin müəyyən edilməsində, qiymətləndirilməsində və nəzarətində mühüm rol oynayır. Material təhlükəsizliyi məlumatı vərəqlərinin məqsədi biznesdə istifadə olunan kimyəvi maddələr haqqında məlumatlara sürətli çıxışı təmin etməkdir.
Ticarətin əsas elementi etibardır. “Global Logistics Services” olaraq biz, bu etimadı doğrultmaq üçün səylərimizi əsirgəmirik. Bu sahədə olan zəngin təcrübəmiz və peşəkar komandamız ilə sizlərə təhlükəsiz daşıma xidməti təklif edirik. Sorğularınızla bağlı office@gls.az mail ünvanına yaza və ən qısa müddətdə sorğunuza cavab ala bilərsiniz.
Category: Blog
EN
AZ
RU
