Global Logistics Services - Uğurunuz Hədəfimizdir!

Konteynerlərə Yerləşməyən Yüklər

Konteynerlərə Yerləşməyən Yüklər

Dəniz nəqliyyatının qlobal ticarətdə əlamətdar bir rolu var, çünki dünya ticarətində satılan malların % 90-ı su yolu ilə daşınır.

Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransının (UNCTAD) məlumatlarına görə, konteyner yüklərindən başqa, dəniz yolu ilə 2019-cu ildə 11.076 milyard ton yük daşınıb. Yük növlərinə misal kimi şərabdan xam neftə, paltardan əkinçilik məhsullarına qədər müxtəlif adlı məhsulları göstərmək olar. Ümumilikdə konteyner yüklərdən başqa yük növləri üç əsas hissəyə bölünə bilər və həmin yüklər “toplu yüklər” adlanır.

  • MAYE TOPLU YÜKLƏR

Maye toplu yüklər sərbəst axan və ya maye qaz şəklində xam neft, bitki yağı, kimyəvi maddələr, şərab, LNG və LPG kimi tankerlər vasitəsi ilə istənilən miqdarda daşınan bir toplu yük növüdür. UNCTAD məlumatlarına görə, 2019-cu ildə dənizdən tankerlər vasitəsi ilə 3,169 milyard ton maye toplu yük daşınmışdır ki, bu da dünyanın toplu yük daşımalarının 28,6% -nə bərabərdir.

  • DRY BULK CARGO – QURU TOPLU YÜKLƏR

Quru toplu yük, dəniz üzərindən toplu daşıyıcılar tərəfindən istənilən bir miqdarda paketlənməmiş və eynicinsli xammalların daşınması üçün istifadə olunan termindir. Quru toplu yüklər, qlobal istehsal və istehlak prosesində istifadə olunan, əsasən natamam mallardan ibarətdir. Beş əsas kütləvi mal var: dəmir filizi, kömür, taxıl, alüminium və fosfarit. Bundan başqa, bu kateqoriyadan olan kiçik həcmli yüklərə meşə məhsulları və bu kimi məhsullar daxildir.

UNCTAD 2020 Dəniz Hesabatına görə, 2019-cu ildə dəniz yolu ilə 3.225 milyard ton əsas toplu yük və 4.682 milyard ton digər quru toplu yüklər daşınmışdır ki, bu da ümumi dünya yük daşımalarının 71,38% -ni təşkil etmişdir.

  • ÜMUMİ YÜKLƏR — BREAK BULK CARGO

Ümumi yük (General Cargo) kimi də bilinən break bulk yüklər, konteynerlərə və ya yük qutularına sığmayan, lakin paletlənmiş, vahid formada və ya vahid olmayan formada ümumi yük gəmiləri tərəfindən daşınan mallara aid olan termindir.  Break toplu yüklərə layihə yükləri, nəqliyyat vasitələri, polad məhsullar və ya taxta materiallara qədər istənilən yük növü daxildir.

Kömək
Salam! Sizə necə kömək edə bilərik?