Global Logistics Services - Uğurunuz Hədəfimizdir!

Incoterms nədir?

Incoterms nədir?

Məhsulların satışı və çatdırılması üzrə imzalanan xarici və yerli müqavilələr çərçivəsində tərəflərin müvafiq öhdəlikləri, o cümlədən xərc və risklərin müəyyənləşdirilməsi ilə əlaqədar qəbul olunmuş beynəlxalq standartlardan ibarətdir. Bu qaydalar məhsulun satıcıdan alıcıya çatdırılması zamanı qeyd olunan məsələlər üzrə tərəflər arasındakı münasibətləri tənzimləyir. BMT-nin Beynəlxalq Ticarət Qanunu üzrə Komissiyası (UNCİTRAL) İNCOTERMS-in qaydalarını qlobal standart kimi tanımışdır.

Qeyd: İNCOTERMS qaydaları müqavilə demək deyil. Bu qaydalardan məhsulların satışı və təyinat məntəqəsində çatdırılması üzrə imzalanan müqavilələrdə istifadə olunur. Bu qaydalar hüquqi baxımdan ölkədaxili müvafiq qanunlardan üstün deyil və mülkiyyət hüququnun ötürülməsi, ödəniləcək məbləğ, valyuta və ya kredit şərtlərini tənzimləmir.

KodlarIncoterms 2020Çatdırılma şərtləri
EXWEx WorksSatıcının ünvanından yükləmə
FCAFree CarrierSatıcının ölkəsində təyinat  olunmuş yerdə təhvil
FASFree Alongside ShipRazılaşdırılmış yüklənmə limanı təhvil 
FOBFree On BoardLimanda təhvil
CFRCost and FreightSatıcının ölkəsində təyin olunmuş limana təhvil
CIFCost, Insurance and Freight Satıcı daşınma və sığorta xərclərini qarşılayır
CPTCarriage Paid toTəyinat nöqtəsində daşınma xərcləri tam ödənilmiş şəkildə təhvil
CIPCarriage and Insurance Paid toTəyinat nöqtəsində daşınma xərcləri və sığorta ödənilmiş şəkildə təhvil
DPUDelivered at Place UnloadedTəyinat nöqtəsində yük boşaldılmış şəkildə təhvil
DAPDelivered at PlaceAlıcının ölkəsində təyinat nöqtəsində təhvil
DDPDelivered Duty PaidBütün rüsumlar ödənilmiş bir şəkildə ünvanda təhvil

Çatdırılma şərtindən asılı olmayaraq Global Logistics Services olaraq bütün yüklərinizin daşınmasını və gömrük proseslərinizi qısa müddətdə və peşəkarlıqla yerinə yetirməyə hazırıq. Sorğularınızla bağlı office@gls.az mail ünvanına yaza və ən qısa müddətdə sorğunuza cavab ala bilərsiniz.

Kömək
Salam! Sizə necə kömək edə bilərik?