Global Logistics Services - Uğurunuz Hədəfimizdir!

Hava yolu ilə yüklərin daşınması

Hava yolu ilə yüklərin daşınması

Logistika xidmətlərində gözlənilən sürətli çatdırılma və yüksək təhlükəsizlik prosedurlarına cavab vermək üçün illərdir hava nəqliyyatına üstünlük verilir. Hava yük daşımaları müştərilərin sürətlə bağlı bütün gözləntilərinin qarşılanmasını təmin edir, eyni zamanda daşınma zamanı bütün məhsulların digər daşıma növləri ilə müqayisədə daha təhlükəsiz daşınmasını təmin edir. Lakin hava nəqliyyatında rast gəlinən yüksək qiymətlər və yaşanan pis hava şəraiti səbəbindən nəqliyyatların planlaşdırılandan gec çatdırılması kimi problemlər də yaşanır. Nəqliyyat xərclərinin yüksək olması səbəbindən hava daşımalarında ümumiyyətlə daha aşağı tonajlı məhsulların daşınmasına üstünlük verilir.

Hava daşımalarının üstünlükləri

Hava nəqliyyatı ümumiyyətlə bütün şirkətlərin və istifadəçilərin istədikləri məhsullara daha qısa müddətdə sahib olmasını təmin edir. Beləliklə, şirkətlərin xidmətləri çox daha qısa müddətdə həyata keçirilir. Hava nəqliyyatında gömrük prosedurları digər gömrüklərə nisbətən daha sürətli gedir. Xüsusilə qırılan əşyaların daşınmasında böyük üstünlüyə malikdir. Uçuşlar və yüklər şirkətlər tərəfindən izlənilə bilər.

Hava nəqliyyatı – üstünlükləri;

  • Yüksək çatdırma sürəti;
  • Digər nəqliyyat növlərinə daha yüksək servis səviyyəsi;
  • Qablaşdırmanın daha sadə olması;
  • Daha kiçik sığorta xərcləri (Daşınma müddəti az olduğuna görə)

Hava daşımalarının çatışmazlıqları

Hava nəqliyyatının ən böyük çatışmazlığı qiymətdə özünü göstərir. Digər logistik transfer üsulları nəzərə alındıqda, hava daşımalarında nəqliyyat xərcləri kifayət qədər yüksəkdir.

Çatışmayan cəhətləri: 

  • Yüksək tariflər;
  • Hava şəraitindən asılılıq;
  • Ölçü və çəki parametrlərinin məhdudlaşdırılması (yüklərə görə);

Siz də yüklərinizin istənilən daşıma növü ilə tez və rahat bir şəkildə həyata keçirilməsi üçün office@gls.az mail ünvanına yaza və “Global Logistic Services”-in xidmətlərindən yararlana bilərsiniz.

Kömək
Salam! Sizə necə kömək edə bilərik?