Global Logistics Services - Uğurunuz Hədəfimizdir!

Gömrük broker xidmətlərimizin üstünlükləri

Gömrük broker xidmətlərimizin üstünlükləri

Gömrük rəsmiləşdirilməsi malların idxal və yaxud ixracı zamanı sərhəddən keçirilməsindən irəli gələn rəsmi tələblərin yerinə yetirilməsidir. Bu proses isə dəyişkən qaydalar və sürətlə inkişaf edən texnologiya ilə gömrük orqanları tərəfindən idarə olunur. Gömrük brokerləri isə öz növbəsində fiziki və hüquqi şəxslərin gömrük işlərini asanlıqla həll etməsinə kömək edən şəxslərdir. Etibarlı gömrük brokerləri, hər hansı bir yenilik və ya qanuni dəyişikliklə əlaqədar olaraq işinizin sürətli olmasına kömək etmək üçün lazım olan bütün bilik və bacarıqlara malik olmalıdırlar.

Ölkə iqtisadiyyatında kiçik və orta sahibkarların payı hər keçəb gün artmaqdadır və bu bizim hamımızın sevinməli olduğu vacib bir məsələdir. Az sayda məhsul və ticarət zolağı ilə işləyən bir çox müəssisə öz broker xidmətindən istifadə etməklə işlərini asanlaşdıra bilər.

Global Logistics Services – in peşəkar gömrük broker xidmətindən istifadənin müəyyən spesifik üstünlüklər vardır.

  1. Risklərin daha yaxşı idarə olunması

Gömrük brokerləri, idxal və yaxud da ixrac etmək istədiyiniz məhsulun ən son gömrük qaydalarına uyğun olduğuna nəzarət edirlər. Bundan başqa peşəkar bir broker, gömrük rəsmiləşməsi zamanı hər hansı bir mürəkkəbliyi həll və idarə edə bilər. Bununla da, sahibkar idxal və ixracla əlaqəli riskləri minimuma endirə bilir.

  • Fix xərclərin azaldılması

Siz bizə vaxtında müraciət etdikdən sonra brokerlərimiz rəsmiləşməni qısa zamanda həyata keçirəcəkdir. Bununla da siz həm artıq cərimələrə həm də vaxta qənaət edə biləcəksiniz.  Bundan başqa, yüklərinizi izləmək üçün öz işçilərinizə etibar etməyinizə ehtiyac qalmayacaq və bu da onları digər vəzifələri yerinə yetirmək üçün azad edir.

Düşünür ki, bu üstünlüklərimizin hər biri, idxal prosesini asanlaşdıraraq sürətli idarə etmək üçün bir gömrük brokerini işə götürməyə dəyər. Unutmayın ki, uğurunuz, hədəfimizdir!

Kömək
Salam! Sizə necə kömək edə bilərik?