“Freight forwarder nədir?” bu sual logistika sektorunda ən çox verilən suallardan biridir. Freight forwarder’ı qısaca olaraq, yük sahibinin yerinə daşıma həyata keçirən şirkət olaraq adlandıra bilərik. Freight forwarder şirkətləri yük sahibinin əvəzinə logistik prosesləri idarə etdikləri üçün müqavilələrə özləri daxildir. Müqavilələrdə Freight forwarder şirkətlərin iştirak etməsi proseslə bağlı bütün məsuliyyəti öz üzərinə götürməsi deməkdir.
Freight forwarder sizin üçün araşdırma aparır. Bu araşdırmalar düşünüldüyü kimi sadə araşdırmalar deyil, yükünüzü təyinat yerinə ən rahat və təhlükəsiz şəkildə göndərmənizi təmin edəcək şirkətləri araşdırır. Daha sonra bu şirkətləri təhlil edir və onlar arasında seçim edir. Yoxlama nəticəsində ən sərfəli və sürətli şirkətin daşımasına qərar verilir və bu şirkət haqqında sizə təqdimat hazırlanır.
Bizimlə çalışın.
Freight forwarder şirkətləri logistika prosesinin ən yorucu hissəsini yəni gömrük proseslərinidə öz üzərinə götürərək, bu prosesləri sizin üçün idarə edir. Xüsusilə gömrük prosesləri bəzən çox yorucu ola bilər. Global Logistics Services olaraq biz hər bir müştərimizə individual yanaşırıq və yüklərin başlanğıc nöqtəsindən təyinat nöqtəsinədək olan marşrutunu daim diqqətdə saxlayırıq. Bu səbəbdən də yüklər təyinat nöqtəsinə vaxtında və problemsiz şəkildə müştəriyə təhvil verilir. Sorğularınızla bağlı office@gls.az mail ünvanına yaza və ən qısa müddətdə sorğunuza cavab ala bilərsiniz.
EN
AZ
RU
