Gömrük rəsmiləşdirilməsi malların idxal və yaxud ixracı zamanı sərhəddən keçirilməsindən irəli gələn rəsmi tələblərin yerinə yetirilməsidir. Bu proses gömrük orqanları tərəfindən idarə olunur.
Hər hansı məhsul Azərbaycan Respublikası ərazisinə idxal edildikdə məhsulun gömrük nəzarətindən keçərək, rəsmiləşdirilməsi mütləqdir. Gömrük xidmətlərimiz ölkəyə ixracı və ya idxalatı asanlaşdırmaq üçün tələb olunan sənədlərin hazırlanması və təqdim edilməsini, gömrük ekspertizası, qiymətləndirmə, rüsumun ödənilməsi və sənədlərin rəsmiləşdirilməsindən sonra yüklərin gömrük ərazisindən təhvil verilməsi zamanı müştərini təmsil etməsini əhatə edir.
Dövlət Attestasiyasından keçmiş peşəkar deklarantlarımız yüksək dəqiqliklə gömrük bəyannamələrinin hazırlanmasını həyata keçirir.
Gömrük xidmətləri ilə bağlı bir nüansı xüsusi ilə qeyd etmək vacibdir ki, qaydalar və qanunlar ölkədən ölkəyə, bəzən bir ölkənin daxilindəki limandan limana dəyişə bilir.
EN
AZ
RU
