Global Logistics Services - Uğurunuz Hədəfimizdir!

Azad ticarət zonası

Azad ticarət zonası

Azad ticarət zonası, yerləşdiyi ölkənin sərhədləri daxilində gömrük zonalarının əhatə dairəsindən kənarda qalan ərazilərə verilən addır. Bu zonalar ixrac yönümlü investisiyaların və istehsalın təşviqi üçün nəzərdə tutulub. Sərbəst zonalar gömrük zonalarında iqtisadi, maliyyə və kommersiya sahələrində qüvvədə olan inzibati və hüquqi tənzimləmələrin bu azad zonalarda tətbiq olunmadığı və ya qismən tətbiq olunduğu ərazilərdir.
Azərbaycanda azad iqtisadi zonaların yaradılması prosesi sürətlənib. Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması iqtisadiyyatın davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılması, Azərbaycanın logistika və nəqliyyat mərkəzi kimi mövqeyinin gücləndirilməsi və ölkədə çoxşaxəli nəqliyyat infrastrukturunun fəaliyyətini daha səmərəli edəcək.
2023-cü ilin məlumatlarına görə, 135 müxtəlif ölkədə 3500-ə yaxın azad zona var ki, onlardan 298-i yalnız ABŞ-dadır və onların sayı günü-gündən artır. Bu gün bu rəqəmin 5000-dən çox olduğu təxmin edilir.
Global Logistics Services olaraq bütün yüklərinizin daşınmasını və gömrük proseslərinizi qısa müddətdə və peşəkarlıqla yerinə yetirməyə hazırıq.
Sorğularınızla bağlı office@globallsg.com mail ünvanına yaza və ən qısa müddətdə sorğunuza cavab ala bilərsiniz.

Kömək
Salam! Sizə necə kömək edə bilərik?