LTL (Less Truck Load) qrupaj daşınma deməkdir. Müxtəlif müştərilərin eyni marşrut üzrə daşınacaq yüklərinin, eyni nəqliyyat vasitəsilə daşınması fəaliyyətinə qrupaj daşıma deyilir. Bu sayədə daşımaq istədiyiniz yük müxtəlif yüklərlə birlikdə daşındığı üçün, siz iqtisadi cəhətdən fayda əldə etmiş olursunuz.
Qrupaj yük daşımalarının əsas məqsədi, eyni marşrut üzrə daşınması tələb olunan yüklərin, yükün miqdarı tam bir nəqliyyat vasitəsini doldurmasa belə, eyni nəqliyyat vasitəsinə yüklənərək daşınma dəyərini minimum səviyyəyə endirməkdir. Qrupaj yük daşıma fəaliyyətində birdən çox müştərinin yükü bir nəqliyyat vasitəsilə daşınır.
Qrupaj daşımalarda yükün çəkisi və həcmi hesablanır və avtomobildə daşınacaq tonaj və sahə hesablanır. Qiymət yükün gedəcəyi bölgəyə və həmin bölgədən gələn hazır nəqliyyat vasitələrinə görə hesablanır. Ən qısa zamanda avtomobil göstərilən yükləmə ünvanına yönəldiləcəkdir. Qrupaj olaraq daşınan yüklərdə birdən artıq sifarişçinin yükü yükləndiyi üçün, bəzi gecikmə halları baş verə bilir.
Ticarətin əsas elementi etibardır. “Global Logistics Services” olaraq biz, bu etimadı doğrultmaq üçün səylərimizi əsirgəmirik. Bu sahədə olan zəngin təcrübəmiz və peşəkar komandamız ilə sizlərə təhlükəsiz daşıma xidməti təklif edirik.Sorğularınızla bağlı office@gls.az mail ünvanına yaza və ən qısa müddətdə sorğunuza cavab ala bilərsiniz.
EN
AZ
RU
