FTL (Full Truck Load) anlayışı tutumunun bütün və ya bütünə yaxın hissəsinin doldurulduğu, bir sifarişçiyə aid eyni və ya eyni sifarişçiyə aid müxtəlif yüklərin daşındığı, daşınan yükün tək bir yükdaşıma vasitəsinə yüklənərək, yükləmə adresindən sifarişçiyə qədər çatdırılması üçün istifadə olunur.
FTL yük daşınması həm sürücü, həm logistika şirkəti, həm də sifarişçi üçün bir çox üstünlüyü bərabərində gətirir. Bu yolla, logistika şirkəti yükləmə və boşaltma zamanı üzləşdiyi bəzi problemlər qarşısında, əlavə xərc çəkmək məcburiyyətində qalmır. Sürücü yükün yüklənməsi və boşaldılması üçün daha az vaxt sərf edir. Bu, həm də sifarişçiyə bir sıra əlavə üstünlüklər yaradır. FTL daşınacaq yükün, heç bir köçürmə olmadan birbaşa yükləmə məntəqəsindən alıcıya daşınması üçün ən sürətli daşımanı təmin edir.
Global Logistics Services olaraq biz hər bir müştərimizə individual yanaşırıq. Yüklərin başlanğıc nöqtəsindən təyinat nöqtəsinədək olan marşrutunu daim diqqətdə saxlayırıq. Bu səbəbdən də yüklər təyinat nöqtəsinə vaxtında və problemsiz şəkildə müştəriyə təhvil verilir.
Siz də yükünüzün tez və rahat bir şəkildə həyata keçirilməsi üçün office@gls.az mail ünvanına yaza , “Global Logistic Services”-in xidmətlərindən yararlana bilərsiniz.
EN
AZ
RU
