Global Logistics Services - Uğurunuz Hədəfimizdir!

Azərbaycanın gəmiçilik tarixində bir ilk

Azərbaycanın gəmiçilik tarixində bir ilk

Azərbaycanın gəmiçilik tarixində bir ilk olub. Belə ki, indiyə qədər Donanmamızda istismar olunan ən çox yükgötürmə qabiliyyyətinə ( dedveyt) malik tankerlərdən -13.000 tonluq tankerlərdən 10 dəfə çox dedveyti olan gəmi istismara verilib. Beynəlxalq sularda üzəcək tankerə “Şuşa” adı verilib. Tanker SOCAR-ın, eləcə də digər sifarişçilərin xam neft yükünün daşınmasını həyata keçirəcək. Tanker “ASCO istiqrazları”ndan cəlb olunan vəsait ilə alınıb.
İndiyədək Azərbaycan gəmiçilik  tarixində istismar edilən ən böyük tanker 13,000 ton dedveytə malik olub. Beləliklə, həmin gəmilərdən təxminən 10 dəfə böyük olan “Aframax” tipli tankerlərin alınması ilə Azərbaycan gəmiçiliyi yeni dövrə qədəm qoyub.
Qeyd edilib ki, layihə çərçivəsində alınan digər iki “Aframax” tipli tanker – “Qarabağ” və “Zəngəzur” tankerlərinin də Xəzərdən kənarda istifadəyə verilməsi işləri tamamlanmaq üzrədir. Gəmilər yaxın həftələrdə növbəli şəkildə istismara veriləcək.
Siz də yüklərinizin istənilən daşıma növü ilə tez və rahat bir şəkildə həyata keçirilməsi üçün office@gls.az mail ünvanına yaza və “Global Logistic Services”-in xidmətlərindən yararlana bilərsiniz. 

Kömək
Salam! Sizə necə kömək edə bilərik?