Ənənəvi idarəetmə yanaşmasında anbar yalnız xammal və məhsulların mühafizəsi və saxlanması üçün yaradılmış sahələr kimi qəbul edilsə də, dəyişən texnologiya və müştəri gözləntiləri ilə son vaxtlar tədarük zəncirinin idarə olunmasını dəstəkləyən mühüm elementə çevrilmişdir. İstehsal və satış şirkətləri anbarlardan istifadə etməklə yanaşı, logistika şirkətləri də xidmətlərini daha səmərəli yerinə yetirmək üçün anbarlardan istifadə edirlər. Saxlama xidmətlərinə xammalın və ya məhsulların müəyyən bir yerdən qəbulu, onların bir müddət saxlanılması və başqa yerə göndərilməsi üçün hazırlanması prosesi daxildir. Logistika baxımından anbar tədarük proseslərinin sürətləndirilməsi və müxtəlif təchizatçılardan gələn və eyni yerə gedən məhsulların hazırlanmasında faydalıdır. Müştəri məmnuniyyətinə diqqət yetirmək, daha çox məhsul çeşidinə sahib olmaq, tələbləri idarə etmək, daha kiçik yüklərin yerinə yetirilməsi və real vaxt rejimində məlumat ötürülməsinə ehtiyac peşəkar anbar xidmətlərinin əhəmiyyətini artırır.
Logistikada anbar xidmətləri, etibarlı və zədəsiz daşıma xidməti üçün office@gls.az mail ünvanına yaza və “Global Logistic Services”-in xidmətlərindən yararlana bilərsiniz.
Category: Blog
EN
AZ
RU
