ADR (Təhlükəli yüklərin avtomobillə beynəlxalq daşınması haqqında Avropa sazişi) təhlükəli yüklərin insan sağlamlığına və ətraf mühitə zərər vermədən ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə təhlükəsiz və müntəzəm daşınmasını təmin edən bir təlimatdır.
Bu təlimat həmçinin təhlükəli yükləri daşıyan bütün növ nəqliyyat vasitələrinin göndəricilərinin, qəbuledicilərinin, yükləyicilərinin, qablaşdırıcılarının, daşıyıcılarının, operatorlarının və sürücülərinin məsuliyyətlərini, öhdəliklərini və iş şəraitini müəyyən edir.
Bu tənzimləmə çərçivəsində alınan sənədlər və sertifikatlar ADR sənədləri adlanır.
ADR daşınması üçün yaradılmış qaydalar daşınacaq maddənin tərkibinə görə dəyişir.
ADR nəqliyyatında müxtəlif siniflərdən olan partlayıcı maddələr və ya kimyəvi maddələr ola bilər.
Benzin, qaz və ya radioaktiv maddənin daşınması üçün müxtəlif ehtiyyat tədbirləri görülür.
Bu nöqtədə ən böyük dəstəkçiniz olan “Global Logistics Services” təcrübəli komandası ilə hər zaman daim yanınızdadır. office@gls.az mail ünvanına müraciət edərək mövzu ilə bağlı ətraflı məlumat əldə edə və xidmətlərimizdən yararlana bilərsiniz.
EN
AZ
RU
