Global Logistics Services - Uğurunuz Hədəfimizdir!

Avro palet və standart palet

Avro palet və standart palet

İdxal və ixracda daşınan məhsulların toplu olaraq deyil, paletlərlə yükləndiyi və daşındığı hallarda yük maşınının nə qədər palet götürəcəyini bilmək vacibdir. Müxtəlif ölçülü və daxili həcmli yük maşınları olsa belə, əksər hallarda tent tır adlanan nəqliyyat vasitəsindən istifadə olunur.

Yük maşını neçə avro palet daşıyır?
Yazımızın əvvəlində qeyd etdiyimiz tent tır ölçüləri standart olaraq 2,48 m eni və 13,60 m uzunluğundadır. Avro paletin ölçüləri eni 80 sm, uzunluğu 120 sm-dir. Avro paletlərin bir sıra üç cərgədə düzüldüyü hallarda, 33 avro palet rahat şəkildə yerləşə bilər.

Yük maşını neçə standart palet götürmə qabiliyyətinə malikdir?
Standart palet ölçüləri avro paletlərdən daha böyük olduğundan, yük maşınına daha az standart palet yükləyə bilərsiniz. Eni 100 sm və uzunluğu 120 sm olan standart paletlər eni 2,48 m və uzunluğu 13,60 m olan qoşqulara 26 ədəd olaraq yüklənir. Bu quraşdırma üçün iki sıra tələb olunur.

Əlavə suallar və ətraflı məlumat üçün office@gls.az mail ünvanına yaza və “Global Logistic Services”-in xidmətlərindən yararlana bilərsiniz.

Kömək
Salam! Sizə necə kömək edə bilərik?