“Global Logistics Services” LLC olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin (27.04.2000-ci il tarixli 75 saylı Qərarına əsasən) təhlükəli yüklər haqqında məlumatı bu gün ki bloqumuzda paylaşırıq.
Təhlükəli yüklər 9 sinifə bölünür:
1-ci sinif — partlayıcı maddələr (PM);
Daxildir: Döyüş sursatı, Bant, Raketlər, Partlayıcı
2-ci sinif — sıxılmış, mayeləşdirilmiş və ya təzyiqlə məhlula çevrilmiş qazlar;
Daxildir: Hava, Okisgen, Propan, Xlor, Azot
3-cü sinif — tezalışan mayelər (TAM);
Daxildir: Benzin, Yağ, Neft, Kerosin, Spirt
4-cü sinif — tezalışan bərk maddələr; öz-özünə alışmağa meyilli maddələr; su ilə təmasda olarkən alışan qazlar əmələ gətirən maddələr (BM);
Daxildir: Kükürd, Kalsium, Aliminium
5-ci sinif — oksidləşdirici maddələr və üzvi peroksidlər (OM);
Daxildir: Peroksid, Ammonyak,Xloridlər,Gübrələr
6-cı sinif — zəhərli (toksik) və yoluxucu (infeksiya) maddələr (ZM);
Daxildir: Pestesidlər, İnfeksion maddələr, Dərmanlar, Arsen
7-ci sinif — radioaktiv materiallar (RM);
Daxildir: Uran, Radioaktiv maddələr, Nüvə materialları
8-ci sinif — korroziyaya uğradan maddələr (KM);
Daxildir: Boya, Civə, Turşu, Qələvi
9-cu sinif — digər təhlükəli maddələr
Daxildir: Mühərriklər, Akkumulyatorlar, Xilasedici vasitələr
“Global Logistics Services” Quru yolu, Dəmir yolu, Hava yolu və Dəniz yolu ilə yük daşımaları üçün keyfiyyətli xidməti göstərən yerli logitika şirkətdir. Şirkətimiz etibarlı yük daşımaları, gömrük-anbar xidməti həyata keçirməkdədir. GLS, hər müştərinin müraciət və sorğularına individual olaraq yanaşır və bunu təməl rəqabət üstünlüyü olaraq istifadə edir. GLS şirkəti olaraq sadəcə malların bir yerdən başqa bir yerə daşınmasını düşünmürük. Biz, müştərilərimizin ehtiyaclarını və problemlərini, həmçinin qarşıya qoyulan məsələləri həll etməyi hədəfləyən keyfiyyətli xidmətlər təklif edirik.Bütün daşınmalarınız üçün office@gls.az mail ünvanına müraciət edə bilərsiniz.
EN
AZ
RU
